4 Aprel 2018 14:08
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol nişanı qoyulmamış quyuya düşən avtomobil barədə polisə məlumat verilməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ekspert Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, yolun hansı qurumun balansında olduğunu aydınlaşdırıb, vurulan ziyanı qiymətləndirmək lazımdır: “Qanuna əsasən, yol hansı təşkilatın balansındadırsa, həmin yolun istifadəyə yararlı olmasına o, cavabdehdir. Əgər yolda hansısa problem varsa, dərhal ora qanunauyğun şəkildə xəbərdaredici nişanlar qoyulmalıdır, sürücülər orada problem yaşayıb, qəzaya düşməsinlər. Bunu etməyiblərsə, sürücüyə dəymiş ziyanı ödəməlidirlər”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qəza baş verən yol agentliyin tabeliyindədir: “Çox güman ki, boru çəkilir, amma qazıntı işləri bizim tərəfimizdən aparılmayıb. Boru işlərini biz həyata keçirmirik”.

Qeyd edək ki, ötən gün axşam saatlarında Xətai rayonunda avtomobil yol nişanı olmayan quyuya düşüb.

"Azsamand markalı, "90-PE-640" qeydiyyat nişanlı avtomobil sağa dönmə əməliyyatı edərkən heç bir yol nişanının olmadığı, boru çəkilməsi üçün nəzərdə tutulan, yenicə qazılmış quyuya düşüb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər