4 Aprel 2018 18:56
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bloqer Şəfiqə Fərzəliyeva sosial media hesabında valideynləri tərəfindən fiziki zorakılığa məruz qalaraq imtina edilən uşaqlar barədə video paylaşıb.

Teleqraf.com xəbər verir ki, o, paylaşımında zorakılığa məruz qalmış uşaqları danışdırıb. Uşaqların dediklərindən aydın olur ki, onları evdə döyüb dilənməyə məcbur ediblər.

Bloqer yaranmış xoşagəlməz durumla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaya müraciət edib.

Azyaşlıların artıq sığınacaqla təmin edildiyi bildirilir.

Valideynləri tərəfindən döyülərək atılmış uşaqlarla bağlı paylaşılan videonu sizə təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər