Neftçalada intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xıllı kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əhədov son zamanlar özünə qapanıbmış.
Mənbə mərhumun zəhmətkeş ailədə doğulduğunu deyib: “Dörd qızı var. Onlardan biri bakalavr, digəri magistraturada oxuyur. İksi də orta məktəb şagirdidir. Son günlər heç kimlə danışmırmış. Dünən gecə 9-dan sonra köhnə hamalarda meyitini tapıblar”.
Elşən Əhədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçala Xıllı Nərə Balıqartırma Zavodunda işləyirmiş.
Qeyd edək ki, ötən gün Neftçala rayonun Xıllı kənd sakini, 1969-cu il təvəllüdlü Əhədov Elşən Əhəd oğlu yaşadığı evin vanna otağında özünü asıb.
Faktla bağlı Neftçala rayon Prokurorluğu araşdırma aparar.