5 Aprel 2018 12:00
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Nərmanov rayonu Əhməd Rəcəbli küçəsində yol nişanı səhv quraşdırılıb.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hazırda həmin küçədəki yol nişanı ilə bağlı araşdırma aparılır: “Geriyə dönmə nişanıdır, səhv quraşdırılıb. Həmin nişan kim tərəfindən və necə quraşdırılması ilə bağlı hazırda araşdırma aparılır”.

Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol nişanını küçədən yığışdıracaqlar.

Qeyd edək ki, Bakı şəhər Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində quraşdırılmış geriyə dönmək işarəsi tərs vurulub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər