Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rəsizadə imzalayıb.
Qərarda qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.
ASC Nazirlər Kabinetinin 1994-cü il 21 sentyabr tarixli 342 nömrəli qərarı ilə yaradılmışdı.