6 Aprel 2018 19:16
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu insanlar əgər dedikləri kimi vətənini, xalqını sevirsə nə üçün Xocalı Soyqırımı, 20 Yanvar tarixlərində ermənilərə qarşı səslərini çxartmırlar?"

Teleqraf.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının üzvü, "Xalqinfo.az" portalının baş redaktoru Tural Mamedov son günlər Qərb ölkələrinə sığınmış bəzi şəxslərin ölkəmizlə bağlı radikal çıxışlarına münasibət bildirərkən qeyd edib.

Tural Mamedov qeyd edib ki, son zamanlar Avropada yaşayan , özlərini siyasi mühacir hesab edən azərbaycanlılar xalqımızın adından istifadə edərək dövlətçiliyimizə və sabitliyimizə xələl gətirməyə cəhd edirlər: "Bunların əsas məqsədi hansısa qüvvələrin maraqlarına boyun əyərək, “xalqa xidmət” adı altında öz çirkin əməllərini həyata keçirməkdir. Prezident seçkilərinin keçiriləcəyi ərəfədə bu azğınların fəallaşması təsadüfi deyil".

T.Mamedov vurğulayıb ki, bu gün əqidəsini dəyişmiş Vidadi İsgəndərli, Orduxan Teymurxan, Tural Sadıqlı kimi şəxslər Avropa ölkələrində dövlətimizin nüfuzuna zərbə vururlar: "Bu gün cənab prezident İlham Əliyevin apardığı siyasət tam şəkildə Azərbaycan xalqının inkişafına, dövlətimizin və dövlətçiliyimizin bərqərar olmasına cavab verir. Həmçinin bir rəhbər kimi bütün dünya üçün böyük nümunədir. Belə bir məqamda düşmənlərin əsas məqsədi xarici mühacirlərin əli ilə Azərbaycanda sabitliyi pozmaq, cənab Prezidentin fəaliyyətinə kölgə salmaqdır. Bir gənc olaraq üzümü azərbaycanlı olduqlarını unutmuş bu insanlara deyirəm ki, gec-tez xalqımızın önündə diz çöküb, Azərbaycan qanunları qarşısında cavab verəcəksiniz".

YAP üzvü deyib ki, bir neçə gündən sonra aprelin 11-də prezident seçkiləri keçiriləcək: "Azərbaycan xalqı öz seçimini edəcək və mən əminəm ki, bütün xalqımız birmənalı şəkildə ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verəcək. Xaricdə təsir altına düşən gənclərə bir qardaş kimi deyirəm ki, əllərinə su tökdüyünüz insanlar sizi uçuruma aparır. Əsil gənclik xalqının yanındadır, dövlətə xidmət edir. Çalışaq ki, Azərbaycanın imicinə zərbə vuran hərəkətlər etməyək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər