6 Aprel 2018 21:36
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziya Respublikasının xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachirlə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, İndoneziya mədəniyyətinin təbliği istiqamətində ölkəmizdə keçirilən mədəniyyət tədbirləri, o cümlədən İndoneziyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə artıq iki dəfə Bakıda təşkil olunan İndoneziya Mədəniyyət Festivalı müsbət töhfə verməkdədir.

Görüşdə həmçinin Azərbaycan və İndoneziya arasında birbaşa aviareyslərin açılması və ya müqəddəs yerlərin ziyarəti məqsədilə İndoneziyadan gələn turistlər üçün ölkəmizə səfərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər