7 Aprel 2018 12:39
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin İntizam komissiyasının sədri, 80 yaşlı deputat Ağacan Abiyev Hollandiyada yaşayan və Azərbaycan əleyhinə kampaniya aparan videoblogger Orduxan Teymurxanla döyüşmək üçün onu rinqə çağırıb.

Orduxan Teymurxan özünü idmançı kimi təqdim etsə də, onun idmanla heç bir əlaqəsi yoxdur:

"Mən bu yaşımda Orduxan Teymurxan və digərlərilə rinqə çıxmağa hazıram. Mən onlarla istənilən rinqə çıxa bilərəm. Əgər kişidirlərsə, cəsarətləri varsa, gəlib rinqdə mənə cavab versinlər. Daha qaçıb onun-bunun dalında gizlənməklə deyil. Ay Orduxan Teymurxan, heç olmasa azərbaycanlı olmağını kişilik edib göstər və qorxmadan gəl mənimlə döyüş. Baxmayaraq ki, onlardan yaşca çox böyüyəm, amma bu, məni qəti narahat etmir. Mən istənilən vaxt onlarla rinqə çıxmağa qadirəm".

Ağacan Abiyev qeyd edib ki, ağırlıq qaldırmaq idmançı olmaq deyil:

"Kulturist"ə idmançı deyən Orduxan kimi adamlar ola bilər. "Kulturist" idman deyil, əksinə, insanın sağlamlığına ciddi ziyan vuran hərəkətdir. "Kulturistlər"in beyni inkişaf etmir. Çünki onların beynini qidalandırmağa qan çatmır. Bunu mən demirəm, fizioloji baxımdan belədir. Bununla məşğul olan adamların qanı ancaq əzələlərin inkişafına sərf olunur. Ona görə də beyinə qan çatmır. Bu, fiziologiyadır. Bunu mən fikirləşmirəm. Ona görə də özlərini idmançı adlandıran bu cür adamlar ilk növbədə gedib ciddi idmanla məşğul olsunlar. Heç olmasa, gedib bir dəfə Azərbaycan çempionu olsunlar, sonra nə isə danışsınlar".

Orduxan Teymurxan və digər bir qrup şəxsin Almaniyada təxribat törətməyə çalışdığını vurğulayan deputat bunun xaricin göstərişi olduğunu söyləyib:

"Bu adamlar Vətən, dövlət nədir qanmırlar. Ona görə də Azərbaycanın əleyhinə satqınlıq edirlər, dövlətin adına ləkə gətirməyə çalışırlar. Özlərinin bir bacarığı yoxdur, Azərbaycanın adlı-sanlı idmançılarına ləkə atırlar. Orduxan idmançılarla danışmaq istəyirsə, gəlib mənimlə danışsın. Mən də idmançı və professoram. Onu rinqə də çağırıram”./Sfera.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər