Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 19:00-a olan seçici fəallığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 74,51 faizinin, yaxud 3 milyon 959 min 553 nəfərinin səs verdiyini bildirib.
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi mövcuddur. Seçicilərin ümumi sayı isə 5 milyon 314 min 365 nəfərdir. Saat 19:00-dək 125 seçki dairəsinin hamısı, 5641 seçki məntəqəsinin isə 5634-ü hesabat verib.