Sevimli prezidentimizi və mənim ən layiqli və əziz atamı təbrik edirəm!
Teleqraf.com-un məlumatına görə, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram hesabında atası İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsi münasibətilə yazdığı təbrik mesajında qeyd edib.
O, İlham Əliyevə səs verən vətəndaşlara təşəkkür edib: “ Hamınıza təşəkkürümü bildirirəm, xoşbəxtlik, cansağlığı və xeyirli günlər arzulayıram! Qoy günəş ölkəmizin və dünyanın üzərində daim parlasın!”, - deyə Leyla Əliyeva qeyd edib.