Qərbdən olan bəzi siyasi qüvvələr Azərbaycanda keçirilən seçkilərlə bağlı hələ seçkilər keçirilməzdən qabaq mənfi rəy ifadə edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Bu faktdır. Onların hamısının öz fikrini ifadə etmək hüququ var. Lakin biz yaxşı başa düşürdük və deyirdik ki, Qərbdən olan bəzi siyasi qüvvələr Azərbaycanda keçirilən seçkilərlə bağlı hələ seçkilərdən əvvəl mənfi rəy formalaşdırıb. Biz, seçkilərlə bağlı belə münasibəti, qərəzli və öncədən hazırlanmış yanaşmanı Qərbdəki qeyri-hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə də müşahidə edirik", - rəsmi bildirib.