13 Aprel 2018 16:11
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görüşdə türk dünyası ilə bağlı maraqlı müzakirələr aparılb

Teleqraf.com xəbər verir ki, aprelin 12-də hüquq elimlər doktoru, professor İlham Rəhimov "Yeni Qaqauziya" sosial-siyasi hərəkatının lideri, Moldova Parlamentinin deputatı Dudoqlo Nikolay Xarlampiyeviç və Rusiya Federasiyasının Qaqauziya Xalq Məclisinin xüsusi nümayəndəsi Qaydarji Sergey İvanoviç ilə görüşüb.

Görüşdə türk dünyasında siyasi, iqtisadi və mədəni-sosial əlaqələrin hazırki vəziyyəti ilə bağlı maraqlı müzakirələr aparılb və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.

Qaqauziyalı qonaqlar Azərbaycanla bağlı xoş təəssuratlarını bölüşərək səmimi görüşə görə professor İlham Rəhimova təşəkkürlərini bildiriblər. Görüşün sonunda qonaqlarla xatirə şəkili çəkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər