Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükləri yoxlanılıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı iki bükümdə xalis çəkisi 1,699 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.