17 Aprel 2018 14:09
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qida əlavəsinin gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Teleqraf.com-a bildirilib ki, bu fakt Urumçi-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin baqajda invoysda göstərilməyən və gömrük orqanına bəyan edilməyən 18 322 ədəd qida əlavəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər