18 Aprel 2018 00:43
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Dəmir Yolları" İran, Hindistan və Azərbaycanla "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin logistik operatorunun yaradılması məsələlərini müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə "Rusiya Dəmir Yolları"nın baş direktorunun müavini Aleksandr Mişarin deyib:

"Biz hazırda belə bir operatorun yaradılması variantlarını müzakirə edirik. Bu, Rusiya-İran hökumətlərarası komissiyasında təqdim edilib. Bu gün biz bununla bağlı iranlı, eləcə də azərbaycanlı həmkarlarımızla danışıqlar aparırıq".

Mişarinin sözlərinə görə, Hindistanla da danışıqlar aparılır.

Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməyə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə yönəlib. Birinci mərhələdə, dəhliz vasitəsilə ildə 5 milyon, daha sonra isə 10 milyon tondan çox yük daşınması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər