Azərbaycan Dəmir Yolu Fəhlə Təchizatı Birliyinin Gəncə Fəhlə Təchizatı Şöbəsi ləğv olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.
Məlumatda qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi 230 ünvanına bildirə bilərlər.