18 Aprel 2018 12:10
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 18-19-da ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

Məlumata bildirilib ki, departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, buna səbəb bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər