Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, daha 30 nəfər əlilliyi olan şəxs Şəkidə yerləşən sağlamlıq-istirahət mərkəzlərinə yola salınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumat görə, bununla ƏƏSMN tərəfindən cari ilin yaz-yay mövsümündə ölkənin Şəki, Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahəti təşkil olunan əlilliyi olan şəxslərin sayı 950 nəfərə çatıb. Adıgedən proqrama əsasən, mövsümün sonunadək daha 112 nəfər istirahətə yola salınacaq.
Qeyd olunan mərkəzlərdə xüsusi proqram çərçivəsində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları təşkil edilir. Həmin şəxslər istirahət etdikləri müddətdə tibbi və fizioterapevtik prosedurlara da cəlb olunurlar.
Naibə