Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas-alim, pedaqoq, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin birlikdə təşkil etdikləri dəyirmi masanı giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, şairə Xəzangül Hüseynova açıb. O, görkəmli ədib Mir Cəlal Paşayevin həyat və yaradıcığından, pedaqoji fəaliyyətindən ətraflı məlumat verib.
Sonra şairlərdən Aləmzər Əlizadə, İnqilab İsaq, Ramiz Təmkin, İmamverdi Məmmədov, Bayram Göyçəli, Rəhim Qurbani, Oktay Abdulla, İqbal İsmayılov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva və başqaları çıxış ediblər.