Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində təmir işləri axşam saatlarında başa çatdırılacaq.
Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib:
“Əvvəlcədən də məlumat verildiyi kimi hazırda Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almanızı xahiş edirik. Məlumat üçün bildiririk ki, yolda hərəkət axşam saatlarında bərpa ediləcək”.