“Telegram” messencerində baş vermiş problem Amsterdamın əyalətlərində elektrik enerjisinin kəsilməsi ilə bağlı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə messencerin Tvitter-də dərc edilmiş məlumatında qeyd edilir.
“Telegram” nümayəndələri istifadəçilərdən yaranmış problemə görə üzr istəyib.
Aprelin 29-da messencerin işində nasazlıqlar yaranıb.
Avropa, Misir, Küveyt və Rusiyada “Telegram”a giriş mümkün olmayıb.
Həmçinin “Telegram”a giriş Azərbaycanda da problem yaradıb.