Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində İlham Əliyevlə selfi çəkdirən azyaşlı oğlanın kimliyi məlum olub.
Balaca Murad Qasımov Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludur.
Vəli Qasımov bildirib ki, övladım Murad ölkə başçısı cənab İlham Əliyevə bağlı olan uşaqdır. O hər zaman ölkə başçısının televizorda izləyir, çıxışlarına diqqətlə qulaq asır. Onun İlham Əliyevə böyük sevgisi var. Bu sevgini də anası videoya çəkərək sosial şəbəkələrdə yerləşdirib. Bundan sonra sözügedən video ölkə başçısının da diqqətini də çəkib.
İlham Əliyevin təşəbbüsü və övladımın ona olan sevgisi dünən onların qovuşmasına gətirib çıxardı:
"Övladım ölkə başçısı, 1-ci vitse-prezident Mehriban xanım və digər ailə üzvləri ilə Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində görüşdü. İlham Əliyev və onun ailəsi də Murada öz sevgi və ehtiramların bildirdilər.
Murad İlham Əliyevi qucaqlayıb və onunla selfi çəkdirdi. Bildirib ki, İlham Əliyev siz ölkəmizin ən yaxşı prezidentisiz, sizi çox istəyirəm".
V.Qasımov videonun çəkildiyi vaxtdan da danışıb:
"Seçki günü uşaq evə gəldi. Uşaq ağlı ilə prezident niyə gəlmədi deyə ağlamağa başladı. Bundan sonra yoldaşım onu videoya çəkərək "instagram"da yerləşdirdi".
***
Prezident seçkilərində qalib gələn ölkə başçısı İlham Əliyevi görmək üçün ağlayan uşaq “Formula 1” yarışlarında arzusuna çatıb.
Teleqraf.com xəbər verir ki, "Mən İlham Əliyevi görmək istəyirəm. O, niyə bizə gəlmədi. Bu gün axı bayramdır" deyib ağlayan uşağın videosu sosial şəbəkədə qısa müddətdə yayılmış və böyük marağa səbəb olmuşdu.
Hər kəs əmin idi ki, prezident qısa zamanda həmin uşağın arzusunu yerinə yetirəcək.
İnstaqramda məşhurlaşan balaca qəhrəman Formula 1 yarışları zamanı ölkə başçısı İlham Əliyev ilə görüşüb və onunla selfi çəkdirməyə müvəffəq olub. Arzsuna çatan uşaq çox xoşbəxt görünüb.