30 Aprel 2018 13:24
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda Naxçıvan MR-dən İran ərazisindən tranzit keçməklə yük gətirən Azərbaycan vətəndaşı saxlanılıb və onun idarə etdiyi "DAF" markalı yük avtomobilinə rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilib.

Bu zaman qoşqunun alt tərəfində olan hava balonu ilə qoşqunun sol tərəfinə yaxın ramanın arasında şübhəli predmetlər monitorda əks olunub. Həmin hissələrin arasında gömrük nəzarətindən gizlədilmiş, bir ədəd şəffaf plastik şüşəyə doldurulmuş, xalis çəkisi 1242.1 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb.

Bundan əlavə, avtomobildən bir konvalyutda 10 ədəd həb olmaqla açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatları da aşkar olunub.

10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in" II Siyahısına daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər