30 Aprel 2018 14:00
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi tədqiqat işi qeydə alınıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir.

Ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. 2017-ci ildə respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin payına düşüb.

2013-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali təhsil müəssisələrinin ümumi nəşrlərinin sayını 2 dəfədən çox üstələyirdisə, 2017-ci ilin ötən dövründə bu sayda ciddi yaxınlaşma müşahidə olunur.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti (“Clarivate Analytics”) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb və ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”-ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər