Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə keçirilən müsabiqə nəticəsində 485 nəfər magistraturaya qəbul olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, magistraturanın boş qalan 1444 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1080 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 485 nəfər magistratura səviyyəsinə qəbul olub.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları bu gün "Magistr" jurnalının 7-ci sayında dərc olunub.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2014-cü il avqustun 13-dən 22-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.