18 May 2018 13:18
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesabalama Palatasının hesabatında uğurlu addımların atıldığı görünür. Lakin son nəticə ürəkaçan deyil. Çünki bizdə büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər elə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Hesablama Palatasının 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Millət vəkili onu da vurğulayıb ki, həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir: “Onlar hesab edir ki, digər nəzarətedirci orqanlar tərəfindən bu qanunsuzluqlar aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya inzitam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir.

Bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var. Lakin həmin təkliflərin hansı hissəsi nəzərə alınır? Bunlar parlamentin müvafiq komitəslərində müzakirəyə çıxarılmalıdır. Növbəti hesabatlarda Hesablama Palatası bizə verdiyi təkliflərin neçəsinin parlament, hökümət tərəfindən nəzərə alındığını açıqlamalıdır”.


Müəllif: Teleqraf.com