Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi mədəniyyət nümunələrinin istismar olunduğu və qanunsuz olaraq Ermənistana daşındığı heç kəsə sirr deyil.
İşğal altındakı Fizuli şəhərindən 16 km aralıda yerləşən, Qururçay sahlinidəki məşhur Azıx mağarası da ermənilərin diqqətindən yayınmayıb. Bu mağara ibtidai insanların yaşayışını, məişətini və dünyagörüşünü tədqiq etmək baxımından həmişə alimlər üçün böyük maraq kəsb edib.
Təəssüflər olsun ki, hazırda Qarabğdakı separatçı rejimin nəzarət altında olan Azıx mağarası 10 ildən artıq bir dövrdə qanunsuz qazıntı işləri üçün meydana çevrilib.
Modern.az saytının məlumatına görə, 2002-ci ildən başlayaraq təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Azıx mağarasına İngiltərə, İrlandiya, İspaniya və İtaliyadan arxeoloji ekspedisiyalar təşkil olunur.
300-350 min il bundan əvvl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir.
Azıx mağarasında aparılan qanunsuz tədqiqat işlərini özündə əks etdirən son şəkilləri təqdim edirik:
modern.az