Antalyada yaşayan azərbaycanlı qadın, 28 yaşlı Elmira D. iki uşağının atası olan, xüsusi məktəbdə riyaziyyat müəllimi işləyən həyat yoldaşı, 33 yaşlı A.H.D.dan şiddət gördüyünü və davamlı onu izlədiyi səbəbi ilə etdiyi müraciətin ardından qoruma qərarı aldırıb.
Elmira D., 8 il əvvəl Azərbaycan Dövlət Universitetində pedaqoji fakültəsində oxuyarkən tanış olduğu Siirtli A. H. D. ilə həyatını birləşdirərək, Türkiyəyə gəlin köçüb. Burada həyat yoldaşının xarakterinin dəyişdiyini iddia edən Elmira D. bunları deyib: “İlk etdiyi şey məni palto və şarfın içinə bağlamağıydı. Səbəbini də sarışın və mavi gözlü olduğum üçün Türkiyədəki insanların məni fahişə zənn edə biləcəkləri olaraq göstərdi. Dərhal ardından şiddət başladı. Günlərlə şiddət gördüm. Hər etdiyim şey günah sayılırdı. Hər gün onun və ailəsinin alçaltmalarına məruz qalırdım. Mən şiddət gördükdən sonra az 1 həftə ailəsi məni evə kilidləyir, hər cür azadlığımı məhdudlaşdırırdı”.
Təzyiqlərə məruz qalması nəticəsində boşanmaya qərar verib bir vəkilə getdiyini, ancaq vəkilin ona “Türkiyədə hər türk kişisi arvadını döyər. Sən uşaqlarını götürə bilməzsən” dediyini söyləyən Elmira D. bunları da əlavə edib:
"Nəticədə çarəni bu gün 7 yaşlı oğlum və 5 yaşlı qızımı yanıma götürüb ilk fürsətdə Azərbaycana getməkdə tapdım. Ancaq o, Azərbaycana gəlib günlərlə mənim nə etdiyimi izləmişdi. Sonunda ortaya çıxıb, məni yenidən qazanmağa çalışdı. Uşaqlarımızın bölünmüş bir ailəsi olmaması üçün yenidən sınamaq istədim. Zamana ehtiyacımız olduğunu söylədiyimdə, uşaqlarımı götürüb Türkiyəyə qaçırdı. 2 il boyunca uşaqlarımı görə bilmədim. Boşanma iddiası açdım, heç bir nəticəsi olmadı”.
Uşaqlarını yenidən görə bilmək və yeni bir həyat qura bilmək üçün Antalyaya getdiyini izah edən Elmira D. həyat yoldaşının yenidən arxasına düşdüyünü, hər səfərində onu taparaq, müdirlərini təhdid etdiyini və düzəldiyi işlərdən ayrılmaq məcburiyyətində qaldığını söyləyib.
Son olaraq bir vəkillik bürosunda tərcüməçi işinə başladığını, ancaq bir müddət sonra həyat yoldaşının onu yenə tapdığını deyən Elmira D. əri A.H.D.ın evinə gələrək danışmaq istədiyini, ardından cib telefonunu götürüb orada adları olanların hamısını axtardığını və “Mənim arvadımlamı yatırsınız?” deyərək küfr etdiyini, səhərə qədər onu döydüyünü iddia edib:
“Mən “polis” deyə qışqırdıqca, üzümə yastığı basdırdı. Ölmək üzrə huşumu itirincə, bu dəfə döyərək məni ayıltdı. Səhər məni buraxıb getdiyində ailə içi şiddətə baxan respublika prokuroruna getdim, şikayət üçün. Prokuror mənə “Ailə arasında olar belə şeylər” dedi. Qoruma tələbi üçün polis bölməsinə getdim, polis bu tələbimi prokurora 1 həftə sonra göndərdi”.
Şikayətçi Elmira D. 2014-cü il iyulun 16-da poliklinikadan xəsarətə məruz qalmağı ilə bağlı hesabat alıb. Antalya prokurorluğunun istintaq bürosu Polis bölməsinə məsələnin araşdırılıb şikayətlə əlaqədar təsbitlərin edilməsini və qadının sığınma evinə yerləşdirilməsini istəyib.
Antalya 1-çi Ailə Məhkəməsi iyulun 24-də müvafiq qanun çərçivəsində A.H.D.ın təhqir, şiddət təhdidində olmaması üçün xəbərdar edilməsinə, Elmira D.ın 3 ay boyunca evinə, iş yerinə, məktəbinə və yaxınlarına yaxınlaşmamasına qərar verib.
Həyat yoldaşının və uşaqlarının hələ də Siirtdə olduğunu, uşaqlarının özünə verilməsi üçün dövlətdən kömək gözlədiyini söyləyən Elmira D. sözlərini belə tamamlayıb:
"Nə qədər təhsilli olur-olsun başda müəllim olan həyat yoldaşım, vəkil, prokuror, polis Türkiyədə kişilərin az qala hamısı eynidir. Mən artıq özümə uşaqlarımla yeni bir həyat qurmaq istəyirəm. Kabus kimi arxamda gəzən bu adamdan xilas olmaq istəyirəm”.
Modern.az