1 İyun 2018 14:54
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, qarşıdakı aylarda diqqət mərkəzində olacaq daha bir mühüm məsələ nəqliyyatın hərəkətini çətinləşdirən avtomobillərin parklanma qaydalarının pozulması ilə bağlı olacaq:

“Agentliyin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil edib və artıq bu yay yol hərəkətinə mane olan yerlərdə parklanma qadağan ediləcək”.

Onun sözlərinə görə, bununla yanaşı, paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək:

“Bu çərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək”. (trend)


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər