Türkiyənin İstanbul şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş park açılıb.
Teleqraf.com xəbər verir ki, AXC-nin 100-cü ildönümündə “Azərbaycan Dostluq Parkı” şəhərin Beşiktaş rayonunda yerləşir.
Parkın açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun ateşşesi Esmira Hüseynova, Beşiktaş bələdiyyə başçısı Tahir Doğaç və digər rəsmi şəxslər iştirak ediblər.
Özbəkistan, Şimali Kipr, Qırğızıstan, Tunis və Hindistanın Türkiyədəki konsulluqlarının nümayəndələri də iştirakçılar arasında olublar.
Açılış mərasimindən sonra konsert proqramı təşkil edilib.