2 İyun 2018 16:32
3 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan ordusunun Naxçıvan istiqamətində iki yüksəkliyi işğaldan azad etməsi ilə bağlı yaydığı məlumat informasiya müharibəsi ola bilər.

Bunu Teleqraf.com-a hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspert məsələ ilə əlaqədar onda dəqiq məlumatın olmadığını bildirib:

“Müharibə şəraitində tərəflər biri-birlərinə qarşı təkcə silahlardan yox, informasiyalardan da istifadə edirlər. Bu, informasiya müharibəsi deməkdir. Yeni dönəmdə ən güclü silahlardan biri də budur.

Naxçıvandakı strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi ilə bağlı məndə məlumat yoxdur. Əgər Azərbaycan ordusu həmin yüksəklikləri azad edibsə, bu, təqdirəlayiq hal ola bilər. Ermənistan tərəfinin narahatlığı budur ki, əgər həmin postlar alınıbsa, İrəvan- Gorus yolu Azərbaycan ordusunun müşahidə dairəsinə keçib. Lakin bu informasiyanın nə qədər doğru olub-olmadığı haqda məlumatlı deyiləm. Ən az belə bir məlumatın ortaya çıxması Azərbaycan dövlətinin uğurudur ki, bütün Ermənistanı narahat edə biləcək formada informasiya müharibəsi apara bilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər