Güney Azərbaycanın Urmiya gölündə böhran getdikcə dərinləşir.
Teleqraf.com xəbər verir ki, bu barədə İran mətbuatı ölkənin Su Tədqiqatları üzrə Araşdırmalar Mərkəzinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu il Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə daha 6 santimetr aşağı düşüb.
Elan olunan ən yeni statistik məlumata görə, göldə suyun həcmi 0,14 milyard kubmetr azalıb. Halbuki ilin əvvəlində açıqlanan proqnozlara və böhrandan çıxışla bağlı yol xəritəsinə uyğun olaraq göldə suyun səviyyə tarazlığı normallaşmalı idi.
İran rəsmiləri isə göldə vəziyyətin müsbətə doğru dəyişdiyinə dair müxtəlif açıqlamalar verirlər.