4 İyun 2018 14:48
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 3-də 105 dövlət əmlakını hərraca çıxaracaq.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri daxildir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla bərabər Ağcabədi, Astara, Yevlax, Zaqatala, Ucar, Tovuz və digər rayonlarda yerləşir və əsasən sənaye, nəqliyyat, təmir, qida və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı isə 53 min manat ilə 1 milyon manat arasında dəyişir.

Bu kateqoriyada ən yüksək ilkin qiymət təyin olunan dövlət əmlakı “Mingəçevir Qum Çınqıl”dır. Bundan başqa “Yevlax Tikinti Quraşdırma”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Şıxlar Broyler”, “Xosrov Metal Plastmas” kimi səhmdar cəmiyyətləri hərraca çıxarılır. Qeyri-yaşayış sahələri isə Bakının müxtəlif rayonlarında yerləşir.

Xatırladaq ki, sabah 190 dövlət əmlakı hərracda olacaq.


Müəllif: Nərgiz

Oxşar xəbərlər