6 İyun 2018 08:48
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafanın dediklərinə cavab verdim. Həm də onu tənqid edərək. Adamın şəxsiyyətini təhqir etmədən verdiyim cavaba bu qədər aqressiv yanaşmanı əslində anlayıram. Dünən demişdim ki, onun dediklərini bir deputata yaraşdırmıram. İndi deyirəm, adama hər şeyi yaraşdırıram. Çünki bu adam uşaqlıq kompleksinin onun düşüncələrində açdığı yaraların acılarından qurtula bilmir.

Teleqraf.com xəbər verir ki, bu sözləri ilahiyyatçı Rəsul Mirhəşimli deputat Fazil Mustafanın barəsində işlətdiyi fikirlərə münasibət bildirərkən deyib.

O əlavə edib ki, Fazil Mustafa onu təkcə təhqir etməyib, eyni zamand, ona böhtan atıb:
“Mənə fars militanı deyir. Mənim fars militanı olduğumu sübut edə bilməyən dünyanın ən nadan adamıdır. Bu adam 1992-ci ildə vəzifədə olarkən hesabat tələb etdiyi güc nazirinin verdiyi cavaba layiq olduğunu bir daha sübut etdi”.

İlahiyyatçı daha sonra bildirib ki, müzakirələri genişləndirmək fikrində deyil:

“Fazil Mustafa mənə böhtan atıb, şəxsiyyətimi təhqir edib. Hər ikisi hüquqi məsuliyyət tələb edən məsələdir. Adama bundan sonra da cavab vermək fikrində deyiləm. Fazil Mustafanın dedikləri ilə bağlı məhkəməyə müraciət edəcəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər