Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda ötən gün baş verən zəlzələ nəticəsində zərər çəkən ərazilərə baxış keçirir.
APA-nın yerli bürosunun xəbərinə görə, K. Heydərov, FHN-in digər rəhbər şəxsləri Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Əliabad qəsəbəsində vəziyyətlə tanış olublar.
Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.