14 Avqust 2014 09:35
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunun Rəstəcə kəndində hər birinin tutumu 6 min kubmetr olan 2 su anbarı tikiləcək.

Rayon su-kanal idarəsindən bildiriblər ki, artıq inşasına başlanılan və gələn il istifadəyə veriləcək hər iki anbar Ağsu rayonunun Külüllü su mənbəyindən çəkilən magistral kəmər vasitəsilə doldurulacaq.

Anbarın suyundan Ucar şəhərinin, habelə Rəstəcə və Qarabörk kəndlərinin sakinləri istifadə edəcəklər.

Anbarların tikintisi “Azərinşaat TT” MMC tərəfindən aparılır.

AzərTAc


Müəllif:

Oxşar xəbərlər