Bəşəriyyətin, ən azından yaşadığı dövrün insanlarının həyatında müəyyən dəyişikliklər doğuran dahilər bəzən çox axmaq hərəkətləri ilə diqqət çəkilər. Bu axmaqlığın sonu isə bəzən ölümlə nəticələnə bilər.
Teleqraf.com modern.az-ın 10 dahinin ölümünə səbəb olan 10 axmaq hərəkəti barədə yazısını təqdim edir:
10. İsaak Nyutonun cazibə qanunu kəşf etməsində böyük rolu olan XVI əsrin astronomu Tixo Braqe ayaqyoluna gedə bilmədiyi üçün ölüb. Belə ki, onun yaşadığı dövrdə içki məclisini yarımçıq tərk etmək ev sahibinə qarşı ən ağır təhqirlərdən sayılırdı. Mədəni və çəkingən insan olan Tixo Braqe ayaqyoluna getmək üçün ev sahibindən icazə almağa cürət etmir. Nəticədə onun sidik kisəsi partlayır və 11 gün əzab çəkdikdən sonra astronom vəfat edir.
9. XVI əsrin tanınmış filosoflarından olan Frensis Bekon isə içi təmizlənmiş toyuqları qarla doldurmaq hobbisinə görə ( o hesab edirdi ki, ətin saxlanma müddətini uzatmaq üçün duz yerinə qardan da istifadə etmək də olar) həyatını itirib. Eksperiment nəticəsində toyuqlar donmasa da, Frensis Bekonu don vurub və o, həyatını itirib.
8. XVII əsrin saray bəstəkarı Jan Batist Lülli isə yaradıcılıq enerjisinin qurbanı olub. Növbəti konsert məşqlərinin birində o, əsəbiləşərək əlindəki əsa ilə ayağını deşir. Bir müddət sonra bəstəkar qan zəhərlənməsindən dünyasını dəyişir.
7. XX əsrin ən populyar sehrbazı və illüzionçisu Harri Qudini də öz axmaqlığının qurbanı olub. Qudini öz pressinin möhkəmliyini göstərmək üçün yoldan keçə təsadüfi insanlara ona yumruq zərbələri vurmağa imkan verirdi. Az sonra tanınmış sehrbaz daxili orqanlarının zədələnməsi diaqnozu ilə xəstəxanada vəfat edir.
6. Ötən əsrin 70-ci illərində səhər qaçışı ilə bağlı yazdığı “qaçış barədə hər şey” bestsellerinin müəllifi Cim Foks təklif etdiyi yeni qaçış növünü sınaqdan keçirərkən ütək tutmasından vəfat edib.
5. Fransız müğənnisi Klod Fransua su ilə dolu vannanın içərisində ola-ola tavandakı lampanı dəyişmək istəyərkən elektrik cərəyanının vurması nəticəsində ölüb.
4. ABŞ-da məşhur “Pinkerton” xəfiyyə agentliyi yaradan Allan Pinkerton yolu keçərkən öz dilini dişləyib. Dilində qanqrena başlayan xəfiyyə çox keçmədən keçinib.
3. ABŞ-ın 12-ci prezidenti Zakari Teylor 1850-ci il iyulun 4-də ölkənin müstəqilliyi ilə bağlı rəsmi tədbirdə iştirak edir. Həmin gün hava çox isti olduğu üçün çoxlu dondurma yeyən prezident az sonra bunun fəsadları ilə üzləşməli olur. Mədəsində kəskin ağırlar başlayan Teylor 5 gün ərzində ölür. O yalnız 16 ay ölkə başçısı postunda qalır.
2. Məşhur “Jack Daniel`s” viskisinin yaradıcısı Cek Deniel də öz səhvinin qurbanı olur. Kombinasiyasını unutduğu seyfi açmağa çalışan zaman əsəbiləşən ixtiraçı seyfi təpikləyən zaman ayaq barmaqlarını qırır. Bundan bir müddət sonra o , qan zəhərlənməsindən vəfat edir.
1. Antik yunan filosofu Hrisipi isə gülüşü öldürür. Öz sərxoş uzunqulağının əncir yemək cəhdlərini izləyən filosof aramız gülməkdən vəfat edib.