11 İyun 2018 11:49
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümimmilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabı Qırğızıstanda nəşr edilib.

Teleqqraf.com xəbər verir ki, kitab Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub. Kitabın müəllifi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyevdir.

Kitabda Azərbaycanın dostları haqda məqalələr yer alıb. Kitabı Mukan Asanaliyev tərcümə edib. "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabının qırğız dilindəki nəşrini bu linkdən əldə etmək olar.


Müəllif: Teleqraf.com