13 İyun 2018 00:39
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda restoranda yanğın olub.

Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com