13 İyun 2018 19:38
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Marneuli şəhərində olub.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, F.Muradov bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.

Onlarla soydaşımızın iştirak etdiyi görüşdə onları maraqlandıran bir çox məsələlər müzakirə olunub. F.Muradov əlilliyi olan şəxlərin vəziyyəti ilə maraqlanıb və onların bir qrupuna müasir tipli əlil arabaları bağışlayıb. Arabalar Əlillər Cəmiyyətinin sədri Rövşən Əliyevə təqdim edilib. Bundan başqa F.Muradov azərbaycanlı gənclərin təhsil alma imkanları, müasir biliklərə yiyələnmək üçün onlara yaradılan şəraitlə maraqlanıb. Bir qrup gəncə kompüterlər hədiyyə edilib.

Komitə sədrinin Gürcüstana səfəri davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər