15 İyun 2018 19:16
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndinin sakinləri ilə görüşüb.

F. Muradov görüş iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib.

Komitə sədri deyib ki, görüşün məqsədi Faxralı kəndinin icması ilə tanış olmaq və yerli sakinləri narahat edən problemlərlə tanış olmaqdır.

Görüşdə Faxralı kəndinin ağsaqqalları, ziyalıları və gəncləri iştirak edib. Kəndin ziyalıları görüşdə çıxış edərək kəndin qayğıları və sakinləri narahat edən problemlər barədə danışıblar.


Müəllif: Teleqraf.com