“Samsung” şirkəti əyilə bilən yeni smartfonu üzərində işləri davam etdirir.
Teleqraf.com xəbər verir ki, yeni telefon “Galaxy X” adlandırılır.
Smartfonun super premium sinfinə daxil olacağı bildirilir.
Hesablamalara görə, smartfonun qiyməti 1850 dollar təşkil edəcək. Onun daha baha olacağı istisna edilmir.
Müqayisə üçün qeyd edək ki, hazırda “Galaxy S9”un qiyməti 720, “Galaxy S9 Plus” isə 840 dollardır. Telefonun məhdud sayda satışa çıxacağı güman edilir.