19 İyun 2018 12:25
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə dünyada yaşayış yerini zorla tərk edən, qaçqın düşən insanların sayı rekord səviyyəyə çataraq 68,5 milyona yüksəlib.

Teleqraf.com xəbər verir ki, BMT-nin Ali Komissarlığı 2017-ci ildə dünyada müharibələr, zorakılıq və təzyiq səbəbindən yaşadığı yeri tərk etmək məcburiyyətində qalan 68,5 milyon insan olduğunu açıqlayıb.

Bu rəqəm 2016-cı illə müqayisədə 2 milyon 900 min nəfər çoxdur. Beləcə II Dünya Müharibəsindən sonra bu rəqəm ən yüksək həddir.

Qeyd edək ki, BMT Ali Komissarlığı hər il iyunun 20-i Dünya Qaçqınlar Günündə məcburiyyət qarşısında yerlərini tərk edən insanların siyahısını açıqlayır.

BMT-nin rəqəmlərinə görə, müharibə səbəbindən yaşadığı əraziləri tərk etməyə məcbur olan insanların sayı 40 milyondur. 26 milyon insan isə sərhədləri aşaraq başqa ölkələrə gedib. Mühacirlərin sayı isə 3 milyon olub.


Müəllif: Cavad

Oxşar xəbərlər