Vəhdət Partiyası sədrinin müavini Vasif Əfəndi həcc ziyarəti ilə bağlı təklif verib.
Partiya rəsmisi bu barədə Teleqraf.com-a açıqlamasında bildirib.
O hesab edir ki, həcc ziyarətinə xərclənilən pulları digər istiqamətlərə yönəltmək daha məqsədəuyğundur:
“Həcc ziyarətinə getməyə hazırlaşan bütün Azərbaycan dindarlarına təklif edirəm ki, ziyarət üçün xərcləməyə nəzərdə tutduğunuz 6-7 min dollar pulu kasıb ailələrin ödənişli təhsil alan övladlarının illik xərcini ödəyənilməsinə xərcləyəsiniz. Bu il heç kim həcc ziyatərinə getməsin. Biz də həmin adamları rəsmən hacı adlandıraq.
Bir nəfər də olsun bu təklifə dəstək verən olsa, kampaniyaya təşkilatçılıq etməyə hazıram”.