Məktəbimizdə şagirdlərdən zorla pul yığılması yalandır.
Bu sözləri Teleqraf.com-a 307 saylı məktəbin direktoru Rövşən Qasımov deyib.
Onun sözlərinə görə, yayılan məlumat yanlışdır: “Qətiyyən şagirdlərdən pul yığıla bilməz”.
Qeyd edək ki, bu gün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 saylı tam orta məktəbdə şagirdlərdən müxtəlif vasitələrlə qanunsuz pullar yığılması ilə bağlı məlumat yayılıb.