25 İyun 2018 00:39
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspan tədqiqatçılar 20 min insanın iştirak etdiyi araşdırmada gündə dörd fincan qəhvə içməyin infarkt riskini azaltdığını üzə çıxarıb.

Teleqraf.com xəbər verir ki, araşdırmanın nəticələrinə görə, qəhvə içənlərin erkən ölüm riski olduqca azalır.

Mütəxəssislər hesab edirlər ki, qəhvədə aşkar olunan antioksidlər ürəyə kömək edir və onu xərçəngdən qoruyur. Gündə 4 stəkan qəhvə içmək ölüm riski 64% -ə qədər azaldır.

Ötən ay 520 min nəfərin iştirakı ilə aparılan araşdırma zamanı gün ərzində 4 fincan qəhvə içən insanlarda qaraciyərin funksiyasının inkişaf etdiyi, immunitetin gücləndiyi məlum olub.

Avropa Qida Təhlükəsizliyi Təşkilatı bir gündə 0,4 qram qəhvə içməyi məsləhət görüb. Bu isə gün ərzində gündə 5 stəkan espresso və ya 4 stəkan qəhvə deməkdir.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər