15 Avqust 2014 10:30
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hər iki valideynin imtina etdiyi uşaqların qeydiyyata alınması ilə bağlı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na müəyyən dəyişikliklər edib.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, tibb müəssisəsində doğularaq hər iki valideynin imtina etdiyi uşaq haqqında məlumat həmin müəssisənin rəhbəri tərəfindən dərhal doğum haqqında tibbi şəhadətnamə və uşağın atılmasını təsdiq edən sənədlə birlikdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməlidir.

Tibb müəssisəsindən kənar uşağı tapan şəxsin məlumatı əsasında ərazi polis orqanı dərhal uşağın tapılması vaxtını, yerini və şəraitini əks etdirən sənəd tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə yerləşdirməlidir. Polis orqanı eyni zamanda uşağın tapılması haqqında sənədi təqdim etməklə, 2 iş günü müddətində komissiyaya məlumat verməlidir.

Müvafiq məlumat daxil olduqdan sonra komissiya doğumun dövlət qeydiyyatına alınması üçün 5 iş günü müddətində uşağın tapılması haqqında sənədi, yaşı və cinsi barədə tibbi arayışı, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir.


Müəllif:

Oxşar xəbərlər