25 İyun 2018 14:02
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni mədəniyyət portalı təsis edilib. Portal iyunun 25-dən fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, “Nargin – Sənət adası” adlı portal ölkədə ədəbi mühitin canlanmasına, yeni sənət platformasının formalaşmasına xidmət edəcək.

İstedadlı gənclərin birgə səyi nəticəsində yaradılan sayt dünya və Azərbaycanda ərsəyə gələn sənət nümunələrini sərgiləyəcək, eyni zamanda ölkənin mədəniyyət gündəmini dəyərli nöqtələrə daşımağa çalışacaq.

Saytın baş redaktoru Sərdar Amindir.


Müəllif: Xəzər Süleymanlı