Ermənistan Prokurorluğunun İstintaq Komitəsi diversant Karen Petrosyanın Azərbaycanda ölümü ilə əlaqədar cinayət işi açıb.
İstintaq çərçivəsində K. Petrosyanın əsir düşməsinin təfərrüatları, eləcə də onun əsas insan hüquq və azadlıqları haqqında Konvensiyada nəzərdə tutulan hüquqlarının pozulub-pozulmadığı araşdırılacaq.
Xatırladaq ki, K. Petrosyan avqustun 7-də erməni diversiya qrupunun tərkibində Azərbaycan ərazisinə keçib və yaxalanıb.
/APA/