ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycanın Səhiyyə Nazirliyi Bakı və paytaxtdan kənarda yaşayan vətəndaşların sağlamlığını gücləndirmək üçün birgə çalışmağa davam edirlər.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı səfirliyi və səfirliyin təhlükənin azaldılması üzrə müdafiə agentliyi xüsusi təhlükəli patogenlərdən qorumaq və araşdırmalar aparmaq üçün Azərbaycanın Səhiyyə Nazirliyinə 55 min ABŞ dolları dəyərində avadanlıq təhvil verib. Bildirilir ki, bu, Azərbaycanın təhlükəli xəstəliklərinin aşkarlanması və qarşısının alınması imkanlarının gücləndirilməsi üçün uzunmüddətli layihənin bir hissəsidir.
Həmçinin, bildirilir ki, 20-23 iyun tarixlərində Bakının Mərkəzi Referans Laboratoriyasında diaqnostik və bioloji təhlükəsizlik üzrə təlimin koordinasiyasını həyata keçirmək üçün ABŞ səfirliyi ABŞ-ın Daşkənddəki səfirliyindən olan tərəfdaşları ilə sıx əməkdaşlıq edib. Alimlər laboratoriyada metod və prosesləri müqayisə edərək milli məlumat bazası üçün regional laborator məlumatları necə tərtib etmələrini müzakirə ediblər.
Səfirlik gələn aylar üçün əlavə layihələrin planlaşdırıldığını vurğulayıb.